23 Eylül 2016 Cuma

Prof. Dr. Eluca ATALI'dan mektup / mesaj var... ANLANMAMAQ QORXUSU (“Siz məni anlamiyorsuz” İsa Kayacanın bu silsilədən olan şeirləri əsasında)

Merhaba, Mustafa bey!
(Mustafa Nevruz SINACI)
Nasilsiniz?
Bir daha teshekkur edirem yazilarimi yayimladiqiniz ucun.
Ezizimiz Isa Kayacanin anim gunun kecirtdiyinizi duydum, uqurlar dileyirem. 
Cox isterdim anim gununde sizlerle birge qedim dostumun xatiresin anim. Amma mumkunsuzudur calishmaqimla baqli.
Isa beyin eserlerine yazdiqim tenqidi edebi-bedii essemi size gönderirem. Meslehet bilseniz, yayimlarsiniz.
Evvelceden teshekkurler.
Sayqilarimla 
Eluca Atali.


ANLANMAMAQ  QORXUSU

(“Siz məni anlamiyorsuz” İsa Kayacanın
bu silsilədən olan şeirləri əsasında)

I

Biz hər zaman başqalarından özümüzün anlanılmağı­mızı, qəbul edilməyimizi gözləyirik, qəbul edilməkdən ötrü başa düşülmək gərək.
Bəzən özümüz-özümüzü anlamırıq, çünki özümüzü başa düşmürük.
Düşüncəmiz, niyyətimiz, əməlimiz birlik yaratmır, bu zaman bölünürük, səpilirik.
Bölüm-bölüm olanlar başqalarının gözündə, əlində, aya­ğında itir, çünki, bizdən çıxıb bölünənlər havada, yer­də, göydə özünə məskən salır, bizdə qala bilmədiyin­dən.
Başqalarından anlanılmağımızı gözləyirik, umuruq.
Ummağımız təbiidir, çünki, biz insanıq, həm də insan insan tərəfindən dərk edilməyini, qiymətləndirilməyini gözləməlidir, əks halda, o, ruhsuz bədən olardı.
Özümüzü başqalarında görmək, qiymətləndirilmək istəyi hər birimizin arzu etdiyimizdir və əksər hallarda bunu görmüşük də.
İstədiyimizlə həyatımız üst-üstə düşməyəndə ömür ikiləşir.
İkiləşən ömür fəryad qoparır.



II

İnsan fitrətən yaradıcıdır.
Yaratmaqsa insanın özünü ifadə vasitəsidir.
İstər şeir yaz, istər daşdan heykəl yarat, heç fərq etməz, bütün bunlar insanın özünü ifadədə yaratdığı növlər və janrlardır.  İsa Kayacansa özünü ifadə üçün dünyada olan çoxsaylı yaradıcılıq növündən şeiri seçib və seçdiyində istədiyini, mən deyərdim, öz ətrafındakılara giley-güzaranı belə çatdırır:

Vicdan mahkemelerinde
İdama mahkum olub,
İnfaz edilenler,
Gönül dünyama oturup, sonra silinenler,
Siz, beni anlayamazsınız!

İnsan özü ilə təkbətək qalanda, əslində vicdanı ilə üzbəsurət olur, özü-özünün güzgüsünə çevrilir, ondan sorğu-sual edir. Onu dərk etməyənləri bir ləkə tək müqəddəs duyğuları vasitəsi ilə güzgüdən silir, bəzənsə ləkələr çox olur, qara qətran kimi yayılır güzgüyə. Silirsən, silirsən, amma bir aydınlıq görünmür. Bu zaman o, inan­mır vicdanının təsdiqinə imkan yaranacağına, ümidsizlik yorur və bir daş parçası tək yumruğunu düyünləyib qarşısındakı güzgüyə çırpır.
Sınır, tökülür ayaq altına, çilik-çilik olur güzgü, irili-xırdalı hər parçası bir səmtə səpələnir.
Ətraf yaranır... keçilməz.
Bütöv güzgüdən sınıb bölünənlər bir dairə olur, sənsə onun mərkəzində silkinib, imtina edib hoppanmasan, tələb edirlər onları sayasan.
Ayağının altındakıları saysan, sən, sən olmursan.
Sən ləkələrin qulu olursan.
Əsarətdən yüksəyə qalxmaq gərək, özünü saymaq üçün.
Dairə zəncirini qırmaq gərək, dairədən yüksək yaşamaq üçün.
Otur səbirlə, sor özündən: “Özün necə, özünü başa düşmüsənmi”? Yoxsa, sadəcə özünü başqasında görmək və o görüntüdə kimliyini anlamaq istəyirsən?
İnsan mürəkkəbdir, sadələşməsi üçün özünü görməsi gərək. Elə insana əziyyət verən də onun mürəkkəbliyi deyilmi? Amma bəzən hadisələrin çoxluğundan və qatma-qarışıq­lığın­dan elə burulğana düşürsən ki, nəinki olduğun məkanı, baş verən hadisənin zamanını, hətta özünü belə unudursan, amma o anda da ehtiyacın olur - anlanılasan!

III

Sənin olanın üstündə əsirsən.
Düşüb itməsindən, itib yox olmasından qorxursan.
Vücudunu sarmış qorxu sənə hökm edir onu tutub saxlayasan.
Hökm edir ki, qoru, düşüb başqalaşmasın.
Sənin olanı heç kəsə vermirsən.
Sənin olmayanı isə laqeydcəsinə saymırsan.
Yel olub yanından ötürsən, varlığını, yoxluğunu hiss etmədən.



IV
“Mən səni anladım”! - Bu üç kəlmə bizim həsrətində olduğumuz kəlmədir, çünki, səni anlayanda özünün təsdiqini görürsən və necəliyini anlayırsan.
Dünyada anlamamaq kimi kədərli hadisə var, eyni zamanda anlada bilməmək kimi də fəlakətlər labüddür.
Bütün fəlakətlərin doğduğu bir nöqtə var: anlanılmamaq.

Biliyorum boşa gitti,
Gün, ay ve yıllarım.
Yakın çevremdeki, hısım  akrabalarım
Çox sevdiğim çocuklarım,
Dost görünenlerle, sözde arkadaşlarım,
Sevgisiyle yandıklarım,
Gece-gündüz andıklarım,
Gönlümün sultanı sandıklarım,
Sözlerime kandıklarım,
Siz, beni anlayamazsınız!

Təklik özünü anlamaq üçün məktəbdir.
Bəzən insan milyonların içində özünü hamıya yad sayır, özünü heç kəsdə tapa bilmədiyindən.
Anlanılmaq  özünü doğmada görüb, təsdiq etməkdir.
Anlanılmayanlar özləri ilə baş-başa qalmağı bacar­malıdırlar.

29 Dözüm Günü, Yağış Ayı, 28-ci il,
29.11.06